Bia.Az

“İRANDAKI ETİRAZLARDA QADIN SİMASI...” - “Etirazlar siyasi sistemi dəyişəcək...”

Gündəm
 2-11-2022, 11:39     276

“Nümayişlər rejimi köklü islahatlar aparmağa məcbur edir”

“İrandakı iqtisadi problemlər siyasi və etnik etirazlar üçün zəmin yaradıb”

Artıq ay yarımdır ki, İranda etiraz aksiyaları səngimək bilmir. Dini liderlərin hökmünə tabe olan siyasi və iqtisadi sistem illərdir ki, ölkədəki köklü problemlərin öhdəsindən gəlmək üçün müxtəlif kosmetik isalahatlar həyata keçirsə də, bu, əhalinin həyat şəraitinə müsbət təsir göstərməyib.

İran bir yandan Qərbin sanksiyalarına məruz qalıb, digər yandan isə hakimiyyətin korrupsiyaya qurşanması, biznes və maliyyə sektorundakı inhisarçılıq müntəzəm olaraq iri miqyaslı sosial etirazlara səbəb olur. İndi isə İranda qadın hüquqlarının müdafiəsi məqsədi ilə keçirilən nümayişlər öz ilkin məzmununu tədricən dəyişərək siyasi və etnik xarakter almağa başlayıb. Ekspertlər bu etirazların başılca səbəbini ölkədəki sosial-iqtisadi vəziyyətin getdikcə ağırlaşması ilə əlaqələndirirlər.

“AzPolitika.info” xəbər verir ki, Latviyanın “The İnsider” analitik internet portalı “Etirazlarda qadın siması - İrandakı nümayişlər rejimi köklü islahatlar aparmağa məcbur edir” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.
Həmin məqaləni qısa ixtisarla təqdim edirik: ”İrandakı iqtisadi problemlərin yaratdığı atmosfer və ümumi fon etirazçıların qəzəbini daha da artırır. 2022-ci ildə ölkədə illik inflyasiya 50 faizi ötüb.
İran cəmiyyətinin az gəlirli təbəqəsi iqtisadi geriləmənin təsirinə daha çox məruz qalır, qiymətlər hamını “qamçılamqda” davam edir, alıcılıq səviyyəsi düşür, Ümumi Daxili Məhsulun artım tempi isə ləngiyir.
2021-2022-ci illərdə neftin yüksək qiymətləri hesabına İran iqtisadiyyatı tənəzzül keçirməyib. Amma hökumət əhalinin iqtisadi problemlərini həll etmək üçün kifayət qədər səy göstərməyib.
Yeni prezident İbarihim Rəisi iqtisadi sferada ləng hərəkət edir. Bu, əsasən yeni hökumətin iqtisadi idarəetmədə təcrübəsinin olmamasıyla əlaqəlidir. Rəisi öz karyerasını məhkəmə sistemində qurub. Onun idarəetmə təcrübəsi 2016-2019-cu illərdə ”Astane Kuds Rəzavi” dini fondunu idarə etməsilə məhdudlaşır.

İbrahim Rəisinin iqtisadi proqramı populist bəyanatlar üzərində qurulub. İran Prezidenti öz hökumətinə güclü iqtisadçılar və həmfikirlər yığa bilməyib. Bu ilin yayında İran mətbuatında iqtisadi məsələlər üzrə vitse-prezident Mohsen Rezai ilə İqtisadiyyat naziri Ehsan Xanduzi arasında banklararası uçot dərəcəsi ilə bağlı mübahisə düşdüyü barədə yazılar dərc olunmuşdu. Həmin vaxt İqtisadiyyat naziri Mərkəzi Bankdan banklararası uçot dərəcəsini aşağı salmasını xahiş etmişdi, lakin iqtisadi məsələlər üzrə vitse-prezident israr edirdi ki, yüksək inflyasiyaya görə faizləri aşağı salmaq olmaz. Bu, iqtisadi blok içərisndə yeganə mübahisə deyil. Hökumət komandası içərisində daim baş verən ziddiyyətlər isə təcili tədbirlərin görülməsini təxirə salıb.
Donald Trampdan fərqli olaraq, Co Bayden İrana qarşı həyata keçirilən neft embarqosunun yerinə yetirilməsini elə də sərt şəkildə izləmir. Tehran sanksiyalardan yan keçməklə neftin bir hissəsini dünya bazarına çıxarmağın sxemini hazırlayıb.

Neftin qiymətinin yüksəlməsi ticarət balansında müsbət saldo yaranmasına praktik imkan verib. Nəticədə İran əlavə gəlirlər qazanıb və bunu mövcud siyasi rejimin dəstəyinə sərf edib. Neft gəlirlərinin artması İbrahim Rəisiyə nüvə proqramı probleminə yenidən baxması üçün yaxşı imkanı yaradıb.
Rəisi 2022-ci ilin yazında subsidiyalar sisteminin əhəmiyyətli dərəcədə islahata uğrayacağını nəzərdə tutan iqtisadi yenilənmə planını irəli sürdü. İran zəruri təlabat mallarının idaxlı və ixracı üçün istifadə edilən ABŞ dollarının İran valyutasına olan mübadiləsinin subsidiyalaşmış məzənnəsini ləğv etdi. Həmçinin, xalqa birbaşa ödəmələrin həyata keçirilməsinə cəhd olundu.
Gəlir dərəcəsinə görə ən aşağıdakı ilk üç kateqoriyadan olanlara aylıq 4 milyon İran rialı(13,5 dollar), 4-9 kateqoriyadan olanlara isə aylıq 3 milyon rial (10,1 dollar) məbləğində yardım olunub. Ən varlı sayılan 10-cu qrupa isə heç bir ödəmə edilməyib.
İran hökumətinin iqtisadi islahatlar planında kifayət qədər kritik çatışmazlıqlar var ki, elə məhz bu da etirazların daha bir katalizatoruna çevrilib. Amerika dollarının xüsusi məzənnəsinin ləğvi korrupsiyanın mənbələrindən birini və eləcə də pulun izafi sərfini ortadan qaldırmağa kömək etsə də, xarici malların istehlak qiymətini yüksəltdi. Əhaliyə birbaşa subsidiyaların ödənilməsi qaydalarının yenilənməsi uzunmüddətli perspektivdə büdcəyə düşən yükü azaltsa da, inflyasiyanın tempini sürətləndirdi.
İnflyasiyanın durdurulması üçün heç bir alternativ mexanizm təklif olunmayıb. Əksinə, hökumət tələbin olmaması səbəbindən buraxılan dövlət istiqrazlarının illik həcmini azaldıb. Xalq hökumətin siyasətinə etibar etmədiyi üçün İran iqtisadiyyatına yatırılan özəl investisiyalar azalıb.
Həmçinin, bank sektoru da çox çətin vəziyyətə düşüb. İran iqtisadçılarının fikrinə görə inflyasiyanın tempi və gəlirlərin aşağı düşməsi kiçik biznesin əlavə kreditlərə olan ehtiyacını “qamçılayır”. Belə olan halda banklar ya biznesə maliyyə dəstəyi verməkdən imtina edirlər, ya da maksimal faiz dərəcəsi müəyyənləşdirirlər.
Bundan başqa, İran rəhbərliyinin seçmiş olduğu “müqavimət iqtisadiyyatı”nın özü dəyişkiliyə məruz qalmalıdır ki, uzunmüddətli perspektiv üçün hansısa fayda verə bilsin. Əks halda, bu modelin köməyi ilə İran iqtisadiyyatının əsasında yatan neqativ problemləri həll etmək mümkün olmaz.
Sanksiyalar İran iqtisadiyyatının istehsal bazasının səmərəli inkişafına, xarici sərmayəçilərin cəlb edilməsinə, xarici bank kreditlərindən üzünümüddətli istifadə olunmasına və yeni bazarlara çıxmaq imkanlarına zərbə vurub.
İranın istehsal bazasının pisləşməsi ölkənin iqtisadi inkişafına və sabit büdcə gəlirlərinə əngəl təşkil edəcək. ABŞ sanksiyaları İranın neft və qaz sektorundakı inkişafın ləngiməsinin əsas səbəbidir.
2017-ci ildən indiyədək ölkədəki heç bir iri karbohidrogen layihəsinə birbaşa xarici investisiya qoyulmayıb və neft sektoruna yeni xarici texnologiya gəlməyib. Digər yandan, Qərb sanksiyaları İranın qaz sektorunun inkişafına da təsirsiz ötüşməyib və nəticədə böyük təbii qaz resursuna malik olan bu sektor beynəlxalq bazarda kiçik oyunçu kimi qalıb.

2019-2022-ci illərdə ərzaq və tekstil sektorunda da istehsalın həcmi azalıb. Bu, xarici ticarətdə özünü göstərib. İranın ixrac həcmi həm qiymətinə, həm də çəkisinə görə azalır. Hazırda ticarət balansı (neft və qaz hesaba alınmadan) daim mənfiyə doğru meyl göstərir.
İran rəhbərliyinin sosial inkişaf baxımından hətta zəif iqtisadi böyümə yaratmağı bacarmaması struktur problemlərindən biridir. 2010-cu illərin ortasından İrandakı ev təsərrüfatının alıcılıq qabiliyyəti durmadan aşağı düşür. Əhalinin gəlirlərinin böyük hissəsi mənzil ödəməsinə getdiyindən zəruri təlbat mallarına çəkilən xərclər azalıb.
2022-ci ilə kimi iranlıların 60 faizi ya yoxulluq həddinin altında ya da ki, bu həddə yaxın səviyyədə yaşayıblar. Hazırda bu ölkə əhalisinin 18,4 %-i tam yoxsulluq həddində yaşayır.

İndiki etirazların simasına çevilmiş gənc qadınlar İran cəmiyyətinin iki ən kövrək qrupunu təmsil edirlər - qadınları və gəncləri. İran iqtisadçılarının hesablamalarına görə, qadınlar arasında işsizlik 13 faiz təşkil edir, kişilərdə isə bu göstərici 7,2 faizdir. Digər məlumata görə 15-24 yaş arasındakı işsizlərin sayı 77 faizdir(7,1 milyon nəfər). Ümumiyyətlə, məşğulluq sferasında ciddi gender bərabərsizliyi hökm sürür. Məsələn, hər beş qadından yalnız biri iqtisadiyyatda iştirak edir.
İrandakı iqtisadi və sosial problemlər indiki siyasi və etnik etirazlar üçün zəmin yaradıb və həm də katalizator rolu oynayıb. İran xalqı İslam respublikası ideyasına olan inamını itirir. 2021-ci ildə de-fakto təşkil olunmuş prezident sekilərindəki seçici sayı o qədər az olub ki, bu göstərici İslam respublikasının seçkilər tarixinin anti- rekordu hesab olunur. Seşkilərdəkı etibarsız bülletenlərin sayı namizədlərə verilən ümumi səslərdən çox olub ki, bu da İranın siyasi sisteminə verilən ən güclü xəbərdarlıq siqnalıdır.
İnsanlar Rəisinin qələbəsi üçün seçki landşaftının təmizlənməsi ideyasına neqativ reaksiya veriblər. Rəisinin uğursuz sosial-iqtisadi siyasəti vəziyyəti yalnız pisləşdirərək mühafizəkr düşərgəyə inam bəsləyənlərin də ümidini qırıb. Mühafizəkarlar öz şüarlarının girovuna çevriliblər. Onlar deyirdilər ki, 2021-ci il prezident seçkilərindən sonra İranın Ali Rəhbəri ayatullah Əli Xameneyi ilə hakimiyyətin bütün qolları arasında birliyə nail olublar. İndi isə hökumət İran üçün ənənəvi olan siyasi manevr üsullarından istifadə edə bilmir. Bu manevrlərdə prezident həmişə “günah keçisi” rolunda çıxış edirdi və Əli Xameneyi bütün bədbəxtliklərin cavabdehliyini prezidentin üzərinə yıxaraq, nümayişkaranə şəkildə onunla məsafə saxlayırdı. Bu gün isə Rəsi və Xameneyi möhkəm tandem kimi qəbul olunurlar. Deməli, hazırda prezidentə edilən istənilən hücum Ali rəhbərə edilmiş hücum kimi başa düşülür.

Rəisinin qadınların baş örtüyü ilə bağlı qaydaları sərtləşdirməsi və həmçinin də evlərdə səs-küylü musiqili gecələr keçirilməsinə, alkoqol və narkotikdən istifadəyə(hər ikisi İranda qadağandır) imkan verilməməsi qərarı insanların səbr kasasını daşırdan son damla oldu. Bütün bunların hamısı xalq və hökumət arasında elan edilməmiş razılığın bir hissəsidir. Bu müddət ərzində İran xalqı iqtisadi çətinliklərə dözüb və hökumətin bəzi qaydaların pozulmasına göz yumması müqabilində sistemə qarşı öz loyallığını saxlayıb. Amma mühafizəkar Rəisi hökuməti hansısa qoruyucu klapan rolu oynayan elan olunmamış müqaviləni pozub və nəticədə xalqın dözümü də ortadan qalxıb.
Etirazların intensivliyi göstərir ki, Tehran bunu asanlıqla yatıra bilməyəcək. İran cəmiyyətindəki indiki narazılığın dərinliyi ondan xəbər verir ki, gec və ya tez ölkədəki siyasi sistemi dəyişməyə ehtiyac yaranacaq”скачать dle 12.1