Bia.Az

DİN: Yaşlı kişinin tələbə qızları oğurlaması… - Video

Hadisə
 1-11-2022, 13:10     259

Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təbriz küçəsindəki korpuslarının yaxınlığında naməlum şəxsin dərman almaq adı ilə tələbə qızlara yaxınlaşaraq, onların xeyirxahlığından sui-istifadə etdiyinə dair iddialar təsdiqini tapmayıb.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

“Adam oğurluğu iddiaları təsdiqini tapmayıb. Polis orqanlarına oğurluq iddiaları ilə bağlı müraciət daxil olmayıb. Araşdırmalar davam etdirilir”, - Əliyev qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl ADPU tələbəsi olan bir qızın yaşlı bir şəxs tərəfindən dərman almasına yardım etmək adı ilə aptek istiqamətində aparıldığı və oğurlandığı haqda məlumat yayılmışdı. İddia edilirdi ki, gənc qız 2-3 gündən sonra geri qaytarılıb və tələbə qaytarıldıqdan sonra intihar edib.

Qeyd edək ki, sosial şəbəkələrdə bu əməli törədən yaşlı şəxsin videosu da yayılmışdı.
скачать dle 12.1