Arxiv

Oxunub:123 / 06 sen 06:27hadise

Partlayışdan sonra Xızıda 1130 ədəd partlamamış hərbi sursat aşkarlandı



Partlayışdan sonra Xızıda 1130 ədəd partlamamış hərbi sursat aşkarlandı














Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan "Report"a verilən məlumata görə, sentyabrın 5-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 əkin sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 1 130 ədəd partlamamış hərbi sursat, 299 ədəd partlamış-yanmış sursat qalıqları və 106 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 2 716 890 kv.m (271.69 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 10 gün ərzində 12 ev, 40 evin həyətyanı sahəsinə, 7 ferma ərazisinə, 13 əkin sahəsinə, 8 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına,ceko-turizmin həyətyanı sahəsinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərinə baxış keçirilib, 3 877 ədəd partlamamış hərbi sursat (PHS), 2 438 ədəd partlamış-yanmış sursat qalıqları və 2 213 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 13 202 562 kv.m (1 320.26 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 4 142 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.