Bia.Az

“Rusiyanın 45 qanadlı raketi, 4 helikopteri vurulub” - Ukrayna Baş Qərargahı

Dünya
 1-11-2022, 11:44     160

Ukrayna Silahlı Qüvvələri tərəfindən ötən sutka ərzində Rusiyanın 45 qanadlı raketi, 4 helikopteri və 1 təyyarəsi vurulub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Bildirilib ki, bundan əlavə, ötən sutka ərzində 650 rusiyalı hərbçi məhv edilib. Ümumiyyətlə, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 72 470 hərbçisi öldürülüb.

Baş Qərargahın məlumatına əsasən, Rusiyanın digər döyüş itkiləri 2 698 tank, 5 501 zirehli maşın, 1 730 artilleriya sistemi, 383 reaktiv yaylım atəşi sistemi, 197 hava hücumundan müdafiə sistemi, 276 təyyarə, 257 helikopter, 1 415 operativ-taktiki PUA, 397 qanadlı raket, 16 gəmi/qayıq, 4 1443 avtomobil və avtoçən, 154 xüsusi texnikadan ibarətdir.скачать dle 12.1