Bia.Az

“Sülh müqaviləsi kompromis nəticəsində əldə olunacaq” - Putin + VİDEO

Siyasət
 1-11-2022, 01:12     162

Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

O, bildirib ki, Ermənistanla Azərbaycan arasında gələcək sülh müqaviləsi yalnız qarşılıqlı kompromis nəticəsində əldə olunacaq.

Rusiya Federasiyasının prezidenti bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üçün ilkin şərtlər müəyyənləşdirib.

“Rusiya Ermənistanla Azərbaycan arasında vəziyyətin nizamlanmasına yönəlmiş istənilən səyləri dəstəkləyir. Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası məsələsini həll etmək üçün Sovet Baş Qərargahının ən dəqiq xəritələrini təqdim etməyə hazırdır” – deyə Putin bəyan edib.

O, əlavə edib ki, sülhməramlı kontingentin taleyi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasına dair razılaşma üzərində işin necə getməsindən asılı olacaq.



скачать dle 12.1