Bia.Az

TƏCİLİ! Rusiya İLK ADDIMI atdı - Moskva sülh şərtlərini AÇIQLADI

Siyasət
 31-10-2022, 18:00     180

Rusiya prezidenti Putinin göstərişi ilə başlayan müharibə Ukraynanın şərq bölgələrində bütün sürəti ilə davam edir.

Musavat.com Newsweek-ə istinadən xəbər verir ki, dünyanın gözlədiyi açıqlama Sergey Lavrovdan gəlib.

Rusiyanın xarici işlər naziri Qərbin müəyyən şərtlərə cavab verməsi ilə Kremlin Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlara hazır ola biləcəyinə işarə edib.
Lavrov Rusiya dövlət televiziyasına müsahibəsində Rusiya ilə Qərb arasında danışıqların mümkünlüyü barədə açıqlamalar verib: "Qərbli həmkarlarımız görüş keçirmək üçün başqa bir tələb etsələr, onları dinləməyə hər zaman hazırıq".
Rusiyalı nazir danışıqların uğurlu olması üçün Qərbin qəbul etməli olduğu 2 şərti açıqlayıb:
107128211-16648058322022-10-03t132756z_1462490229_rc2ptw9nfivx_rtrmadp_0_ukraine-crisis-annexations-russia.jpeg (101 KB)
Birincisi, Qərb Rusiya Federasiyasının maraqlarını və təhlükəsizliyini tam nəzərə almalıdır. 
Rusiya illərdir öz təhlükəsizlik maraqlarına təhdid hesab etdiyi NATO-nun genişlənməsi ilə bağlı narahatlıqlarını dilə gətirir. "Newsweek" yazır ki, Putin, çox güman, danışıqlar zamanı Ukraynanın neytrallığını tələb edəcək.
İkincisi, Qərb Moskvaya gərginliyin azaldılmasına kömək edəcək bəzi ciddi yanaşmalar təklif etməlidir.
Rusiya XİN başçısı Qərbin nə edə biləcəyi ilə bağlı konkret məlumat verməyib, baxmayaraq ki, Rusiya əvvəllər rəqiblərini Ukraynaya dəstək verərək gərginliyi dərinləşdirməkdə və Moskvanın iqtisadiyyatını zəiflədən sanksiyalarla ittiham edirdi.
Lavrov bildirib ki, Rusiyaya bu hörmət prinsiplərinə əsaslanan real təkliflərlə müraciət edilərsə, Moskva buna həmişəki kimi ciddi yanaşacaq.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna prezidenti Zelenski də Kiyevin sülh üçün yeganə şərtini açıqlayıb.
Zelenski bəyan edib ki, Rusiya müharibəni dayandırmaq və danışıqlara başlamaq üçün qoşunlarını Ukraynadan tamamilə çıxmalıdır.
O, Ukrayna xalqının başqa heç bir formulu qəbul etməyəcəyini vurğulayıb.скачать dle 12.1