Bia.Az

SON DƏQİQƏ! Rusiyaya PİS SÜRPRİZ - Ukrayna müharibədə elə bir yenilik etdi ki...

Dünya
 31-10-2022, 17:01     169

Ukrayna müharibə başlayandan bəri aylar boyu ölümcül uzaqmənzilli raket zərbələri ilə üzləşib. Ötən ay Rusiyanın yüzlərlə İran istehsalı olan "Shahed-136" pilotsuz uçuş aparatının şəhərləri və Ukraynanın infrastrukturunu hədəfə alması ilə hücumlar sürətlənib.

Musavat.com xəbər verir ki, iki həftə əvvəl Kiyevin mərkəzinin bombalanması nəticəsində 5 dinc sakin həlak olub. Həmin gün paytaxta 28 PUA buraxılıb, onlardan 5-i əsas qatar stansiyası yaxınlığında partlayıb.

"Shahed-136" PUA-ları kiçik ölçülərinə və yerdən cəmi 30 metr hündürlükdə uçmasına görə, onların radarlar tərəfindən aşkarlanmasında çətinlik yaranır. Bu dronlar hədəflərinə yaxınlaşdıqca hündürlüyə qalxır və sürətlə yerə çırpılır.

WhatsApp Image 2022-10-31 at 16.29.18.jpeg (59 KB)

"Shahed-136"lar Ukraynanın elektrik stansiyalarını və elektrik şəbəkələrini bombalamaqda xüsusilə təsirli olub, Kiyevdə və başqa şəhərlərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Beləliklə, hərbçilər bu dronları dayandırmaq üçün müxtəlif yollar tapmağa çalışıb.

Ukraynalı könüllülər tərəfindən Rusiya pilotsuz təyyarələri və raketlərinin yaxınlaşdığını gördükdə məlumat vermək üçün sadə mobil telefon proqramı hazırlanıb və mülki şəxslərin istidafəsinə verilib.

İndi ukraynalı hərbçilər bu proqramın köməyi ilə PUA-ları yerə enmədən və hədəfləri vurmazdan əvvəl məhv edə biləcəklər.
WhatsApp Image 2022-10-31 at 16.29.18 (1).jpeg (18 KB)
ePPO adlı proqram telefonun GPS və kompasından asılı olaraq işləyir. Ukrayna ordusuna məkan hesabatı göndərmək üçün istifadəçilər yalnız öz cihazlarını uçan obyektə yönəltməli və bir düyməni sıxmalıdırlar.

Layihənin yaradıcılarından biri olan Gennadi Suldin bildirib ki, məqsəd hücumların aşkarlanmasına kömək etmək üçün bütün əhalini bu proqramdan istifadəyə cəlb etməkdir.

Təhlükəsizlik səbəbindən ePPO proqramı yalnız yetkinlik yaşına çatmış ukraynalılara şəxsiyyət vəsiqələri, sürücülük vəsiqələri və digər rəsmi sənədləri telefonlarında saxlamağa imkan verən daxili "Diia" hökumət proqramı ilə işləyir. Bu o deməkdir ki, proqramdan yalnız Ukrayna vətəndaşı olanlar istifadə edə bilər.

Tətbiq üç həftədir ki, Google Android telefonlarında mövcuddur. Bir neçə gün ərzində "Apple"dan da təsdiq gözlənir.скачать dle 12.1