Bia.Az

"Fəxri xiyabana gedəndə gördüm ki..." - Abdulla Şaiqin 26 yaşlı nəticəsi ilə SENSASİON SÖHBƏT

Cəmiyyət
 31-10-2022, 15:13     213

Azərbaycan ədəbiyyatının parlaq siması Abdulla Şaiqin Kanadanın Vankuver şəhərində yaşayan nəticəsi Aran Rəfipurun Musavat.com-a müsahibəsini təqdim edirik.

- Aran, hazırda nə işlə məşğulsunuz?

- Mən Kanadanın Vankuver şəhərində anadan olmuşam, 26 yaşım var.

WhatsApp Image 2022-10-30 at 00.39.26.jpeg (343 KB)
Hazırda "Service Canada"da (Kanadalılara geniş çeşidli dövlət xidmətləri təqdim edir) çalışıram. Gələn il ya layihələrin idarə edilməsi ixtisasını oxumaq, ya da biznesin idarə edilməsi üzrə magistr dərəcəsi almaq istəyirəm.
WhatsApp Image 2022-10-30 at 00.41.31.jpeg (317 KB)
Abdulla Şaiq nəslinin davamçısı olduğunuzu nə zaman öyrənmisiniz? 
- Mən uşaq olarkən anam öz babasından danışardı. Deyərdi ki, babası şair və yazıçı olub.
WhatsApp Image 2022-10-30 at 00.36.01.jpeg (588 KB)
Azərbaycanda hər bir məktəbli Abdulla Şaiqin uşaq şeirlərini əzbərdən bilir. Gülbəniz nənəm – Abdulla Şaiqin qızı mənə "Xoruz", "Keçi" şeirlərini öyrədərdi. Anam "Tıq-Tıq xanım" nağılını oxuyub mənasını başa salmışdı. Yəni uşaqlıqdan ulu babamın şair və yazıçı olduğunu öyrənmişdim.  
- Abdulla Şaiq nəslinin davamçısı olmaq necə hissdir?
- Bu nəslin davamçısı olmağın nə məna daşıdığını mən 2007-ci ildə Bakıda olanda başa düşdüm. Anamla ulu babamın məzarına - Fəxri xiyabana getdik. Orada Azərbaycan ziyalılarının dəfn olunduğunu gördüm. Kiməsə deyəndə ki, Abdulla Şaiq mənim ulu babamdır, mənimlə xüsusi, böyük hörmətlə davranırdılar. Bu, çox qürurvericidir və mən ulu babamla fəxr edirəm. Onun davamçısı olmaq çox məsuliyyətlidir. 
WhatsApp Image 2022-10-30 at 00.44.46 (1).jpeg (133 KB)
- Sizi məhz Abdulla Şaiq nəslinin davamçısı kimi tanıyanlar çoxdur? 
- Mən ulu babam haqqında çox adamla danışmıram. Amma yaxın dostlarıma, ailə dostlarımıza onun haqqında, gördüyü işlərdən fəxrlə danışıram. Bu baxımdan onlar Abdulla Şaiq barəsində daha məlumatlıdır.   
- Sonuncu dəfə Azərbaycanda nə vaxt olmusunuz? Təəssüratlarınız necə olub? Yenidən gəlməyi düşünürsünüzmü?
- Mən Azərbaycanda 2 dəfə olmuşam. İlk dəfə 2007-ci ildə, sonra isə 2012-ci ildə. Həmin 5 il ərzində Bakı çox dəyişmişdi. Alov qüllələri tikilmişdi, Park Bulvar çox dəyişmişdi. Sonuncu səfərimizdə Yanardağa, Qobustana getmişdik.
WhatsApp Image 2022-10-30 at 00.14.00.jpeg (65 KB)
Qız qalasının tarixi mənimçün çox maraqlıdır. Mən əlbəttə ki, Azərbaycana gəlmək istəyirəm. Vaxt məhdudiyyətim olub, həm də pandemiyaya görə planlarım dəyişib. Azərbaycana gəlməyi ürəyim çox istəyir. Azərbaycan görünüşcə Kanadadan çox fərqlidir.
WhatsApp Image 2022-10-30 at 00.36.56.jpeg (349 KB)
Binalar, avtomobillər çox fərqli idi. Amma insanlarda mehribanlıq hiss edirdim.  
- Azərbaycana səfəriniz zamanı ulu babanızın evində olmusunuz. Orada olarkən hansı hissləri keçirdiniz?
- Mənim anam ulu babamın ev muzeyi haqqında danışardı. Mən arzu edirdim ki, o evi görüm. Bakıda olanda biz həmin ev muzeyinə getdik.
WhatsApp Image 2022-10-30 at 00.13.36.jpeg (82 KB)
Anamın dayısı qızı Ülkər Talıbzadə bizə çox ətraflı məlumat verdi. Orada ulu babamın ailəsi, qardaşı Yusif Ziya Talıbzadə haqqında geniş məlumat aldım.
WhatsApp Image 2022-10-30 at 00.13.42.jpeg (97 KB)
Muzeydə çox maraqlı və dəyərli eksponatlar var. Əşyalara baxdıqca özümü ulu babama daha əziz və yaxın hiss etdim. Onun bir şeiri var nənəm haqqında. Orada ulu babamın güzgüsünü də gördüm. Güzgü mənə ulu babamı xatırlatdı.
- Ulu babanız haqqında nələri bilirsiniz? Abdulla Şaiqin hansı şeirlərini əzbər bilirsiniz?
- Əvvəllər mən ulu babamı ancaq uşaq şairi və yazıçısı kimi tanıyırdım. Bakıya gələndən sonra onun necə bir pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, dramaturq olduğunu öyrəndim. Hər şey bir yana, ulu babamın insanlığı haqqında çoxlu sözlər eşitdim. O, gözəl ürəkli bir insan olub.
- İşğaldan azad olunan hansı ərazilərdə olmaq istərdiniz?
- Mən Şuşa və Kəlbəcərdə olmaq istərdim. Şuşa haqqında çox eşitmişəm. Bilirəm ki, çox gözəl yerdir. Fotolarda gördüyüm təbiəti başqa bir məkana bənzəmir. Valideynlərimdən Şuşanın ölkəmizin tarixi mərkəzi olması haqqında çox eşitmişəm.
WhatsApp Image 2022-10-30 at 00.58.08.jpeg (313 KB)
Tanışlarımın əksəriyyəti Kəlbəcərdəndir. Onlar ora haqqında mənə çox danışıblar. Kəlbəcəri öz gözlərimlə görmək istərdim.
- Qarabağ sizin üçün hansı mənanı kəsb edir?
- Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağ Azərbaycanın tarixi və musiqi mərkəzidir. Mən tarixlə çox maraqlanıram və Qarabağın tarixi ilə yaxından tanış olmaq istərdim.
- Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələriniz necə yaranıb? Komitənin hansı layihələrində iştirak etmisiniz və ya edəcəksiniz?
- Vankuverdə yaşayan Natella İsazadə vasitəsilə Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqə yaratmışıq. Mən 2020-ci ildə xaricdə yaşayan Azərbaycan gənclərinin Vyanada keçirilən konfransında iştirak etmişəm. Bu il Şuşada keçirilən gənclər üçün layihədə təəssüf ki, iştirak edə bilmədim, ümid edirəm gələn il qatılaram.
- Kanada cəmiyyətinə Azərbaycanla bağlı nələri çatdırırsınız? Azərbaycan və Qarabağ həqiqətləri barədə hansı təbliğatları aparırsınız?
- Burada Azərbaycan cəmiyyətinə qoşularaq bir neçə dəfə Xocalı soyqırımı ilə bağlı mitinq və yürüşlərdə iştirak etmişəm. Kanadalılara Xocalı haqqında məlumatlar çatdırmışıq. 44 günlük müharibə zamanı mitinqlərdə iştirak etmişəm. Bundan başqa, fürsət düşdükcə iş yoldaşlarıma və dostlarıma Azərbaycanın öz torpaqlarını müdafiə etməsindən danışıram.
WhatsApp Image 2022-10-30 at 00.46.02.jpeg (570 KB)
Aytən Novruz
Musavat.comскачать dle 12.1