Bia.Az

Simonyandan ermənilərə şok: Sizə dövləti kim qurub?

Dünya
 31-10-2022, 14:15     152

Mən heç vaxt Ermənistanda yaşamamışam, mənim babam-nənəm də orada yaşamayıb. Ümumiyyətlə, ömrüm boyu cəmi iki dəfə Ermənistanda olmuşam. Amma mən etnik erməni olduğumdan erməni xalqına deyəcəklərim var.

Axar.az xəbər verir ki, bu fikirlərlə “Rossiya 1” telekanalının efirində erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan çıxış edib.

“Ermənilər, ayılın! Yaddan çıxarmayın ki, Rusiya sizin üçün kim olub və kimdir! Rusiyanın sayəsində siz ermənilərin dövləti var, torpağı var, ümumiyyətlə sərhədləri var. Qriboyedovu tanıyırsız? Bilirsiniz ki, o erməni xalqını xilas edib? Rusiya olmasaydı, bu gün Ermənistan deyilən dövlət olmamalı idi. Heç uzaq tarixə getməyək, 44 günlük müharibə zamanı kim Ermənistanı xilas etdi? Qərb? Əlbəttə ki, yox. Əgər Rusiya olmasaydı, Ermənistan fiziki olaraq yox olacaqdı. Bunun qarşısını heç kim ala bilməzdi. Heç kimi ittiham da etməyəcəkdilər. Məndə dəqiq məlumatlar var bununla bağlı. Erməni xalqı isə bütün bunları unudub yenidən Rusiyaya qarşı satqınlıq edir”, - Simonyan bildirib.скачать dle 12.1