Bia.Az

Arman Abovyan: “Müharibə artıq çəkindirici vasitə sayılmır”

Dünya
 31-10-2022, 13:57     166

“Müharibənin bərpası ilə bağlı təhdidlər artıq erməniləri qorxutmur”.

Musavat.com xəbər verir ki, bu barədə erməni politoloq Arman Abovyan öz teleqram kanalında yazıb.

“Bunun yalnız bir mənası var: onların (Azərbaycan) bizi qorxutmağa çalışdıqları müharibə artıq çəkindirici vasitə sayılmır. Çünki Ermənistan cəmiyyətinin şüurlu və düşünən hissəsi anlayır ki, vəziyyətin istənilən inkişafında Türkiyə-Azərbaycan tandemi bu və ya digər şəkildə hərbi əmliyyatlara gedəcək. Bütün sual yalnız tərəflərin başlanğıc mövqelərindədir. İndi sadəcə Soçi görüşünün sonuna qədər gözləmək və vəziyyətin hansı trayektoriyaya keçəcəyini anlamaq lazımdır: sürətli müharibə, yoxsa hələ vaxtımız var. Yeri gəlmişkən, Ermənistan hökuməti ənənəvi olaraq burada qərar vermir (yalnız bu və ya digər sənədin altında imzası var). Bundan sonra məsələ Rusiya-İran VS (ingiliscə “qarşı-qarşıya” mənasını verir) - Türkiyə-Azərbaycan formatında Qərbin dolayısı ilə iştirakıyla həll olunacaq”, - deyə erməni politoloq qeyd edib.скачать dle 12.1