Arxiv

Oxunub:152 / 31 avq 09:27sosial

Nazir Yavər Camalovun qardaşı məhkəmədə tutdurmaq istədiyi adamı bağışladı - İddiasını geri götürdü



Nazir Yavər Camalovun qardaşı məhkəmədə tutdurmaq istədiyi adamı bağışladı - İddiasını geri götürdü











Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə növbəti prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanın sədrliyi ilə məhkəmə istintaqı yenilənməklə cinayət işi məhkəmə prosesi davam edir.

Prosesdə zərərçəkmişnaxir qardaşının vəkili İmaməli Əsgərov bildirib ki, təqsirləndirilən Samit Nəbiyev məhkəməyə ərizə göndərib.

Məlum olib ki, Samir Nəbiyev ərizəsində qeyd edib ki, öz vəkili Ceyhun Yusifovdan imtina edib.

Samir Nəbiyev vəkilinin açıqlamaları ilə razı olmadığını ərizəsində qeyd edib.

"Vəkilim bir çox saytlar və qUrumlara mənim adımdan açıqlama verib. Həmin açıqlamalardan imtina edirəm. Maddi imkanım olmadığım üçün Əlikram Camalovun pulunu qaytara bilməmişəm"- deyə ərizəsində qeyd edən S.Nəbiyev bunu məhkəməyə də təsdiq edib.

Məhkəmədə daha bir maraqlı məqam üzə çəxəb.

Məlum olub ki, Əlikram Camalov da məhkəməyə ərizə ilə müraciət edib və dəymiş ziyandan imtina etdiyini bildirib. O, S.Nəbiyevi bağışladığını qeyd edib.

Prosesdə vəkil Ceyhun Yusifov çıxış edərək, məhkəmədən imtinanın qəbul olunmasını istəyib: "Hörmətli məhkəmə, mənə Samirin günahsız yerə tutulmaması lazım idi. Bu gün də tərəflər barışdı. Ona görə də imtinanı qəbul edin".

Məhkəmə hər iki ərizəni qəbul edib. İclasda məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub.

Dövlət ittihamçısı isə çıxışa hazır olmadığını bildirib və məhkəmədən vaxt istəyib.

Növbəti məhkəmə iclası sentyabırn 5-nə təyin edilib.

Xatırladaq ki, bu iş üzrə məkəmə istintaqı başa çatmış, dövlət ittihamçısı Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Lakin məhkəmənin hökm elan edəcəyi gözlənilən gün Samir Nəbiyevin vəkili Ceyhun Yusifovun vəsatəti təmin edilərək işə yenidən baxılması ilə bağlı qərar qəbul edildi.

Rəsmi ittihama görə S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. S.Nəbiyev Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimirayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən "Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib.

Nazir qardaşı Əlikram Camalov "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.

Vəkil Ceyhun Yusifov isə son çıxışında bildirib ki, nazir qardaşı Samir Nəbiyevə 18 min manatı sələmə verib.

S.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

musavat.com