Bia.Az

Məktəb direktorunun işdən çıxarılması ilə bağlı rəsmi AÇIQLAMA

Şou
 25-02-2020, 17:40     520

Məktəb direktorunun işdən çıxarılması ilə bağlı rəsmi AÇIQLAMATəhsil Nazirliyi Biləsuvar rayonu Arazbarı kənd məktəbinin direktorunun məcburi şəkildə işdən çıxarılması məsələsinə aydınlıq gətirib.

Biləsuvar Rayon Təhsil Şöbəsindən bia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin məktəbdə hazırda yeddi şagirdlə iki sinif komplektində tədris aparılır:

“Tərəfimizdən məktəbin bağlanılması ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edilib. Hazırda məktəbdə direktor işləməyə real namizəd yoxdur. Odur ki, qonşu məktəbin direktor müavini Əlitudə Eyniyevə Arazbarı kənd ümumi orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra etmək tapşırılıb”.

Qeyd edək ki, Biləsuvar rayonu Arazbarı kənd məktəbinin direktorunun məcburi şəkildə işdən çıxarılması barədə məlumat yayılıb. Direktor sosial şəbəkə vasitəsi ilə videogörüntü yayaraq bildirib ki, ona işdən çıxması üçün Biləsuvar Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov tərəfindən təzyiqlər olub.скачать dle 12.1