Bia.Az

İngiltərə ordusunda cinsi təcavüz SKANDALI -"Qadınların siyahısını tutub ..."

Dünya
 30-10-2022, 12:24     170

İngiltərədə Kral Hərbi Dəniz Donanması cinsi təcavüz qalmaqalı ilə gündəmə gəlib.Musavat.com xəbər verir ki, orduda yüksək rütbəli bir zabit İngiltərə mətbuatına açıqlama verdikdən sonra Kl Donanması araşdırmaların başlandığını açıqlayıb.

Britaniya Kral Donanmasının Sualtı Dəniz Xidmətində baş verən cinsi təcavüz qalmaqalı ilə sarsılıb. Kral Donanmasına qatılan ilk qadın əsgərlərdən biri olan Sofi Bruk 2011-ci ildə orduya qatıldıqdan sonra yaşadıqlarından danışaraq ordudakı təcavüz skandalını ortaya çıxarıb.
Həmin illərdə 18 yaşında hərbi xidmətə gedən Bruk əslində arzularının gerçəkləşməsinə çox sevinmişdi. Sofi Bruk London İqtisadiyyat Məktəbində iqtisadiyyat üzrə təhsil almaq təklifini rədd edib. O, əvvəlcə Kral Donanmasında üç il təcrübə keçib, daha sonra isə Sualtı qayıq xidmətinə qoşulub.

Bruk adını açıqlamadığı və yüksək rütbəli zabit olduğunu söylədiyi bir hərbçinin onu zorla öpdüyünü iddia edib. Bruk kişi həmkarları tərəfindən tez-tez zorakılığa məruz qaldığını, döyüldüyünü və cinsi istismara məruz qaldığını söyləyib.
Sofi Bruk iddia edib ki, donanmadakı əsgərlər zorlayacaqları qadın hərbçilərin siyahısını da tutub. Sözügedən siyahını ələ keçirən Bruk 6-cı sırada olduğunu da bildirib.

Sofi Bruk sualtı qayıqda yaşadığı bu dəhşətli hadisələrdən sonra intihar etməyə cəhd etdiyini də açıqlayıb.
Kral Hərbi Dəniz Qüvvələrinin rəisi sualtı qayıqlarda qadınlara qarşı zorakılıq və cinsi təcavüz iddiaları ilə bağlı araşdırma aparılmasına göstəriş verdiyini açıqlayıb.

Admiral Sir Ben Key iddiaları "iyrənc" adlandıraraq, "Kral Donanmasında cinsi qısnamanın yeri olmadığını və buna yol verilməyəcəyini" əlavə bildirib. O, cinayətkarların ən qısa zamanda tutulacağını və cəzalandırılacağını da bildirib.скачать dle 12.1