Bia.Az

Bu ölkədə matəm elan edildi - 150-dən çox insan ölüb

Dünya
 30-10-2022, 11:45     150

Cənubi Koreya hakimiyyəti Seulda Hellouin bayramının qeyd edilməsi zamanı şəhərin mərkəzindəki İtxevonda baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfərin öldüyünü təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə bazar günü ölkənin fövqəladə xidmətlərinə istinadən “News-1” agentliyi məlumat yayıb.
Qeyd edilir ki, 82 yaralıdan 19-nun vəziyyəti ağırdır. Daha əvvəl 149 nəfərin öldüyü, 76 nəfərin yaralandığı bildirilirdi.
“Yonhap” agentliyinin Cənubi Koreya hakimiyyətinə istinadən verdiyi məlumata görə, izdihamın qurbanı olan azı 19 əcnəbi, o cümlədən İran, Çin, Norveç və Özbəkistan vətəndaşlarıdır. Daha əvvəl ölən iki əcnəbi haqqında məlumat verilmişdi. Ölənlər arasında həmçinin Rusiya vətəndaşları da var. Hadisə zamanı Rusiyanın daha 1 vətəndaşı xəsarət alıb.
***
Cənubi Koreya Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində baş verən, çoxsaylı insan ölümü ilə nəticələnən izdihamla əlaqədar milli matəm elan edib.
“Report” xəbər verir ki, bu barədə bazar günü “Yonhap” agentliyi məlumat yayıb.
Seulun mərkəzindəki İtxevon küçəsində şənbə günü axşam saatlarında Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda azı 149 nəfər həlak olub, daha 76 nəfər xəstəxanaya yerləşdirilib.
Məlumata görə, ölənlər arasında iki əcnəbi də var. Onların milliyyəti barədə məlumat verilmir.
Polis şənbə günü İtxevonda təxminən 100 000 insanın toplaşdığını təxmin edib.скачать dle 12.1