Bia.Az

Qantz Ərdoğandan nə istəyib? - İrana qarşı...

Dünya
 29-10-2022, 18:07     164

On il sonra Türkiyəyə səfər edən ilk İsrail müdafiə naziri Benni Qantzla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü ilə bağlı bəzi təfərrüat üzə çıxıb.

Buta.ws Bakupost.az-a istinadla xəbər verir ki, Qantz Ərdoğandan HƏMAS-ın Türkiyədəki fəaliyyətini qadağan etməsini və İrana Suriyaya silah göndərməsi ilə bağlı xəbərdarlıq edilməsini istəyib.

Qantz Türkiyədəki HƏMAS liderlərinin İsrailə qarşı hücumları koordinasiya etdiklərini bildirib.

İsrail mətbuatı Türkiyənin İsraillə münasibətləri yaxşılaşdırmaqda iki məqsədinin olduğunu yazır. Belə ki, onlardan biri ABŞ-la da münasibətləri istiləşdirmək, digəri isə İsraildən yeni silah sistemləri almaqdır.

Qeyd olunub ki, İsrail də bunların qarşılığında Türkiyə ilə İrana qarşı təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.скачать dle 12.1