Bia.Az

Mustafa Ceceli Bakıda naxçıvanlı iş adamının məclisində - Video

Şou
 29-10-2022, 18:04     261

Türkiyənin tanınmış müğənnisi Mustafa Ceceli Bakıda dəbdəbəli toy mərasimində iştirak edib.

Olay.az-a istinadən xəbər verir ki, Nəsib Nurun aparıcılıq etdiyi tədbirdə Mustafa həm öz hitlərini, həm də Azərbaycan mahnılarını səsləndirib.

Cecelidən əlavə toyda xalq artisti Aygün Kazımova, əməkdar artist Ədalət Şükürov, müğənnilər Günel Zeynalova, Tunar Rəhman da səhnə alıb.

Sözügedən sənətçilərin naxçıvanlı iş adamının məclisində çıxış etdiyi bildirilir. Toy sahibinin kimliyi isə mətbuatdan gizli saxlanılır.

скачать dle 12.1