Bia.Az

“KTMT MÖVCUD DEYİL!...” – Paşinyandan Moskvanın əleyhinə daha bir bəyanat

Siyasət
 29-10-2022, 17:26     152

“2021-ci ilin yanvar razılaşmasının vacib bəndlərindən birinə görə, Ermənistan sərhədləri müttəfiqlərimizin “qırmızı xətti” sayılır. Azərbaycanlılar 2021-ci il 12 mayda Sotk-Xoznavar istiqamətində sərhədi pozdular, biz beynəlxalq sənədlər əsasında bildirdik ki, “qırmızı xətt” pozulub və mövcud olan mexanizmlər işə salınmalıdır. Bizə bildirdilər ki, bəli, amma sərhədlər demarkasiya olunmayıb. “Biz sərhədlərin haradan keçdiyini bilmirik” bəyanatı o deməkdir ki, KTMT mövcud deyil!”

“AzPolitika.info” xəbər verir ki, bunları Ermənistan Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi hakim partiyanın bu gün keçirilən qurultayındakı çıxışında bildirib.

Paşinyan açıq şəkildə Rusiyanı öz vədlərinə əməl etməməkdə günahlandıraraq, sərhədlərin demarkasiya olunmamasından bəhanə kimi istifadə edildiyinə və KTMT-nin qeyri-legitim təşkilat olduğuna eyham vurub: “Əgər bir dövlətin (KTMT üzvü kimi Ermənistanı nəzərdə tutur-red.) sərhədləri yoxdursa, deməli, KTMT-nin məsuliyyət zonası yoxdur və deməli, təşkilatın özü yoxdur”.

Paşinyan növbəti dəfə saxtakarlığa yol verərək iddia edib ki, Ermənistanın sərhədi var və bu sərhəd SSRİ dövründə təyin olunan sərhədlərdir ki, onu da guya Azərbaycan pozub.

Qeyd edək ki, Paşinyan qurultaydakı çıxışında 31 oktyabrda keçirilməli olan Soçi görüşü barədə də danışıb və bildirib ki, Ermənistan Rusiyanın təklif etdiyi sülh variantı ilə razıdır. Həmin variantda isə Moskva “Qarabağ problemi”nin tənzimlənməsinin qeyri-müəyyən dövrə qədər təxirə salınmasını təklif edir. Ancaq Azərbaycan tərəfi təbii ki, bu şərtlə qətiyyən razı deyil.

O da məlumdur ki, KTMT Soçi görüşünün nəticələrindən asılı olaraq, Azərbaycan – Ermənistan sərhədinə müşahidəçi missiyası göndərməyi planlaşdırır.скачать dle 12.1