Bia.Az

“RUSİYA QARABAĞ MƏSƏLƏSİNİ TƏXİRƏ SALMAĞI TƏKLİF EDİR” – “Ümid edirik Soçidə Rusiya Azərbaycanı razı salacaq”

Siyasət
 29-10-2022, 17:19     175

"Rəsmi bəyan edirəm ki, Vaşinqton layihəsi yoxdur, Qərb layihəsi yoxdur, Azərbaycanın Ermənistana verdiyi sülh müqaviləsi layihəsi var. Erməni tərəfi bütün bu müddət ərzində onun üzərində işləyir. Yəqin ki, bu təkliflər növbəti görüş zamanı müzakirə olunacaq".

"AzPolitika.info" xəbər verir ki, bunları Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan İctimai Televiziyaya müsahibəsində bildirib.
“Rusiyanın layihəsi var. Baş nazir Paşinyan bildirib ki, bu təkliflər hələ sentyabr ayında verilib və Ermənistan tərəfi razılaşıb. Rusiya bilir ki, bu, Ermənistan üçün məqbul, Azərbaycan tərəfi üçün isə qəbuledilməzdir. Erməni tərəfi ümid edir ki, Soçidə Rusiya Azərbaycanı razı salacaq”, - deyə Marukyan bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya Qarabağ məsələsinin həllini təxirə salmağı təklif edir: "Ermənistan tərəfi buna müsbət cavab verib. Qərbin şifahi təklifləri isə belədir: Dağlıq Qarabağ və Azərbaycan nümayəndələri arasında beynəlxalq mexanizm yaradılır, onun himayəsi altında ermənilərin hüquqları, azadlıqları və təhlükəsizliyi məsələlərinə dair danışıqlar aparılacaq. Amma Azərbaycanlılar nə birinci, nə də ikinci variantla razılaşmırlar".
v
Səfir Marukyanın açıqlamasından da məlum olur ki, Rusiya Azərbaycan və Ermənistana Qarabağsız sülh planı təklif edir. Yəni 10 noyabr bəyanatının bəzi maddələri icra olunsun, sərhədlərin delimitasiyası və demarkasiyasına başlansın, nəqliyyat yolları açılsın, amma Xankəndindəki hazırkı hərbi xunta, onun hərbi-siyasi dəstəkçisi Rusiya ordusu qalsın, Azərbaycan bu status-kvonun Moskvanın istədiyi müddətdə davam etməsinə razılaşsın. Bu planda Ermənistanın itirəcəyi heç nə yoxdur, ona görə də Paşinyan topu bizim meydana atmaqla İrəvanın Rusiya planına razılaşdığını bildirir. Əslində Baş nazirin bu açıqlaması beynəlxalq hüquqa və əxlaqa ziddir, Ermənistan Azərbaycan ərazisində hərbi xuntanın və onun dəstəkçisi Rusiya ordusunun qalmasına necə razı ola bilər?!
Beləliklə, 31 oktyabrda keçirilməsi nəzərdə tutulan Soçi görüşünün gündəliyi Azərbaycanın maraqlarına ziddir. Rəsmi Bakının bunu əsas gətirib görüşdə iştirak etməməsi bəlkə də ən doğru seçim olardı...
"AzPolitika.info"скачать dle 12.1