Arxiv

Oxunub:331 / 28 avq 22:58gundem, bolge

Göyçay Suvarma Sistemləri İdarəsində baş verən korrupsiya halları barədə



Göyçay Suvarma Sistemləri İdarəsində baş verən korrupsiya halları barədə




















Hörmətli Əhməd müəllim!

Göyçay rayonunda yerləşən Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədov, özünün dili ilə desək, yerli icra hakimiyyəti başçısına arxayın olaraq, dövlət tərəfindən suvarma sistemlərinin səmərəli işləməsi üçün ayrılmış vəsaitləri mənimsəməklə məşğuldur. Nasos stansiyaları və hidrotexniki qurğuların nasazlığı ucbatından əkin sahələri susuzluqdan məhv olur. İdarənin hesabına daxil olan yanacaq - sürtgü materialları, sement, elektrod və s.ucuz qiymətə kənar şəxslərə satılır. Adı işdə olub, faktiki 'ölü can' olan işçilərin adına yazılan pulları öz cibinə qoyur. Arxların və digər suvarma şəbəkələrinin yararlı hala gətirilməsinə yönələn vəsaitləri yarıbayarı mənimsəyir.
Kütləvi İnformasiya Vasitələri haqqında Qanun artıq onun dodaqlarında istehza doğurur. Ona görə ki, dövlətin, onsuz da çətinliklə toplanan büdcə pullarının hesabına topdağıtmaz sərvətlərə malik ola bilmişdir.
Xahiş edirik, müvafiq tədbirlər həyata keçirərək, redaksiyamızı məlumatlandırasınız