Bia.Az

Putin Bakı və İrəvan arasında sülhə nail olmağın yollarından danışdı - VİDEO (Yenilənib)

Siyasət
 28-10-2022, 16:48     179

“Rusiya bu gün də Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli və kompleks şəkildə normallaşmasına nail olmaq üçün əlindən gələni edir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında deyib.

“Bizim həm İrəvan, həm də Bakı ilə geniş əlaqələrimiz var və bunu nəzərə almamaq sadəcə mümkün deyil. Sözsüz, biz hamımız kifayət qədər çətin vəziyyətdəyik. Amma təbii ki, biz problemlərdən, Rusiyaya yaxın dövlətlər arasında ziddiyyətlərdən kənarda qala bilmərik və onların sülh yolu ilə həllinə öz töhfəmizi verməyə hazırıq.

Şübhəsiz ki, sülhə aparan yeganə mümkün və real yol, tərəflərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatlarının bütün müddəalarına ciddi əməl etmələri ilə qoyulmuş yol ola bilər.

Məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası yolları, nəqliyyat kommunikasiyalarının açılması, humanitar məsələlərin həlli ilə bağlı bu sazişlərin ardıcıl icrası ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin stabil normallaşmasına nail olmaq mümkündür.

Sual yaranır, bu həll yollarını necə tapmaq olar? Bunlar asan məsələ deyil, ancaq onları yalnız bu yolla həll etmək mümkündür. Gələcəkdə bu, həm də sülh müqaviləsinin bağlanmasına imkan verəcək”, - deyə Rusiya lideri bildirib.

***
Sülhə aparan yeganə yol üç ölkə liderinin birgə bəyanatlarına tərəflərin ciddi əməl etməsidir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında deyib.

Putin qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətləri Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, kommunikasiyaların açılması, humanitar məsələlərin həlli ilə normallaşdırıla bilər.скачать dle 12.1