Bia.Az

Manukyan: “Ruslar qovulur və biz türklərin hakimiyyəti altında qalırıq...”

Dünya
 28-10-2022, 13:58     192

“Anti-Rusiya təbliğatında ən təəccüblü cəhət budur: deyirlər ki, Rusiya bizim üçün etibarlı deyil, çünki o, Azərbaycan və Türkiyə ilə dostluq edir”.

Musavat.com xəbər verir ki, bunu “Lazarev klubu”nun iclasından öncə jurnalistlərə müsahibəsində Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan deyib.

“Belə bir təkliflə çıxış edirsinizsə, bu o deməkdir ki, siz Azərbaycan və Türkiyəni düşmən hesab edirsiniz. Eyni zamanda siz Rusiyanı düşmənlərinizlə dil tapmaqda ittiham edirsiniz, bu, təhlükəlidir. Bundan sonra məntiqsiz nəticə çıxarırsan ki, Rusiyanı buradan qovmaq lazımdır. Belə olan halda siz bu düşmənlərin yanında olursunuz. Deyirlər: yox, belə olan halda Qərb gəlib buraları tutacaq. Bəli, Rusiya və Türkiyə əməkdaşlıq edir, amma eyni şəkildə ABŞ və Qərb Türkiyəni Rusiyadan qoparmağa çalışır. Yəni onlar da Türkiyənin maraqlarını irəli sürməkdə maraqlıdırlar”, - deyə Manukyan bildirib.

Onun sözlərinə görə, Türkiyə Rusiya ilə Qərb arasında ustalıqla oynayır:

“Ancaq sonda bu, kiminlə ziddiyyət təşkil edəcək - Rusiya ilə, yoxsa Qərblə? Rusiya Federasiyası ilə, çünki Türkiyənin strateji hədəfləri bu ərazi ilə bağlıdır. Böyük bir Turan dövləti qurmaq istəyir və belə olan halda Rusiya burada onun düşməninə çevriləcək, yəni gec-tez Moskva ilə toqquşma olacaq. O zaman Türkiyənin yönü Qərbə çevriləcək. Qərb isə bu regionda Rusiya qədər maraqlı olmaya bilər. Belə çıxır ki, sən rusları qovursan və türklərin hakimiyyəti altında qalırsan. Bu, aydındır. Türkiyəni düşmən hesab edirsənsə, niyə bu cür davranırsan?”скачать dle 12.1