Bia.Az

Zatulin Paşinyanı "vur"du: - "Antimilli diktatordur"

Dünya
 28-10-2022, 13:06     175

Xəbər verdiyimiz kimi bir neçə gün öncə ermənilərin dostu kimi tanınan Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitəsinin sədri Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyuldu.
İrəvanda gündəmi dəyişən bu məsələ Rusiya cəmiyyətində də birmənalı qarşılanmayıb. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib ki, "Biz bu cür bəyanatları və ya mesajları çaşqınlıqla qəbul etdik. Dərhal diplomatik kanallar vasitəsilə bu məsələnin təsdiqi və aydınlaşdırılması üçün müraciət etdik. Əgər təsdiq olunarsa, bunu qeyri-dost və müttəfiqlik münasibətlərinə zidd addım hesab edəcəyik".

Zatulin özü isə ilk açıqlamasında bunu şəxsinə böyük təhqir hesab etdiyini söylədi. O dünən “24” telekanalına verdiyi müsahibəsində də Ermənistana girişinə qoyulan qadağadan danışıb. Ermənilərin "böyük" dostu “Mənə aydın oldu ki, bu, təsadüfi hadisə deyil" deyib və İrəvanın siyasətini sərt şəkildə tənqid edib.

Onun sözlərinə görə məlum hadisə Qərblə yaxınlaşma xəttini tutan hazırkı Ermənistan hakimiyyətinin yeni kursu ilə bağlı tamamilə təbii davranışı sayılmalıdır.

- Qərbdə isə həqiqətən Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaq, Ermənistan-Azərbaycan münaqişəsinin həllindən kənarda qoymaq istəyirlər, - Zatulin qeyd edib.

İrəvan rəhbərliyinin hazırkı daxili və xarici siyasətinə gəlincə, Zatulin qeyd edib ki, “Ermənistan antimilli diktaturaya doğru çevrilir". Onun sözlərinə görə Ermənistan hakimiyyəti Qarabağ ermənilərinə qarşı münasibəti dəyişir və iqtidarın hazırkı mövqeyi xəyanətkardır.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın nəzarət etdiyi "Aykakan Jamanak" qəzeti Zatulinin qara siyahıya düşməsi barədə məlumat yaydı. Rusiyalı deputat bundan sonra açıqlama verərək bəyan etdi ki, bu qərar onun şəxsinə qarşı böyük təhqirdir.

Konstantin Zatulindən sonra Rusiyada media holdinq rəhbəri olan ermənipərəst Marqarita Simonyan da qara siyahıya düşdü. Hər iki şəxs daha çox Azərbaycan əleyhinə fəaliyyətlər və açıqlamalar vermələri ilə tanınırlar.

AzVision.azскачать dle 12.1