Bia.Az

Ağcabədidə konfrans keçirilmişdir - FOTO

Bölgə
 28-10-2022, 11:31     796

 Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə partiyanın Ağcabədi rayon təşkilatının konfransı keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini, sonra isə Qəhrəmanlar parkında şəhidlərin məzarlarını ziyarət ediblər.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov “Yeni Azərbaycan Partiyası Qələbələr Partiyasıdır” mövzusunda məruzə edib. O, qeyd edib ki, ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi uğurlarını davam etdirir. 
Konfransda çıxış edən Ağcabədi  Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib. Buna görə də YAP dünənin, bu günün, sabahın partiyası kimi davamlı uğurlara imza atmaqdadır.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyini yaxından dəstəkləyərək xalqın mənafeyini hər şeydən uca  tutmuş, buna görə də xalqın rəğbətini qazanaraq ümumxalq partiyasına çevrilmişdir. Azərbaycan xalqı bu gün ulu öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Respublikasını inkişaf etdirmək, yeni-yeni uğurlar qazanmaq istiqamətində partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verməkdədir.
YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Komitə sədri Tahir Rzayev çıxış edərək bildirib ki,  ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün onun ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası 30 il ərzində siyasi mübarizələrdə mətinləşərək, aparıcı siyasi qüvvə kimi ölkəmizin ictimai-siyasi həyatında yüksək mövqe qazanmışdır.
Tədbirdə YAP veteranı Teymur Rəhimov, şəhid atası Sabir Sultanov,  Vətən müharibəsi qazisi Cavid Allahverdiyev, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova çıxış edərək,YAP-ın fəaliyyəti və hazırda Respublikamızda böyükoynadığı rol barədə danışmışlar.
Tədbirin sonunda bir qrup Vətən müharibəsi  veteranına  medallar, YAP sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya fəallarına Fəxri Fərmanlar təqdim edilib.
Hüseyn QULUZADƏ
Fotolar Mais İbrahimovundurскачать dle 12.1