Bia.Az

"SSRİ-nin dağılması dünya tarazlığını pozdu" - PUTİN

Dünya
 28-10-2022, 01:25     167

"SSRİ-nin dağılması dünya tarazlığını pozdu və Qərb birqütblü dünya elan etdi".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.

"Qərbin dünya işlərində bölünməz hökmranlığının tarixi dövrü başa çatır, birqütblü dünya keçmişə çevrilir. Biz tarixi dönüş nöqtəsindəyik. İkinci Dünya Müharibəsinin bitməsindən sonra yəqin ki, ən təhlükəli, gözlənilməz və eyni zamanda mühüm onillik qarşıdadır", - Putin deyib.

Prezidentin sözlərinə görə, yeni dövrün əsas ziddiyyəti ondan ibarətdir ki, Qərb bəşəriyyəti təkbaşına idarə etmək iqtidarında deyil, buna ümidsiz şəkildə çalışır və dünya xalqlarının çoxu artıq buna dözmək istəmir.

“Hazırda biz tarixi mərhələdəyik, müasir dünyada çətin ki, kənarda oturmaq mümkün olsun”, - Putin qeyd edib.

Rusiya lideri vurğulayıb ki, özünü Qərbin düşməni hesab etmir.скачать dle 12.1