Bia.Az

Ağ Ev: Bayden hələ də “G20”də Putinlə danışmaq niyyətində deyil

Dünya
 28-10-2022, 01:14     153

“ABŞ prezidenti Cozef Bayden hələ də “G20” sammitində Rusiya prezidenti Vladimir Putinlə danışmaq niyyətində deyil”.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Onun belə bir niyyəti yoxdur. İndi vəziyyət belədir”, -deyə, Kirbi bildirib.

“Politico” nəşri isə yazıb ki, ABŞ administrasiyası G20 sammitində, o cümlədən dəhlizdə və şəkil çəkdirərkən Bayden və Putin arasında təsadüfi görüşdən belə qaçmaq istəyir.скачать dle 12.1