Bia.Az

NATO Rusiyaya qarşı müharibəyə hazırlaşır? - Soltonberq Moskvaya xəbərdarlıq edib

Dünya
 27-10-2022, 14:48     176

"Rusiya Ukrayna və müttəfiqlərinə qarşı hücumları artırarsa, Amerika təyyarədaşıyan gəmisi beynəlxalq əməliyyata rəhbərlik etməyə hazırdır".

"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan nüfuzlu "Newsweek" jurnalı yazıb. Məqalədə qeyd olunur ki, təyyarədaşıyan gəmisi George H.W. Buş (CVN 77) NATO-nun "Neptun zərbəsi 2022" adlı təlimi çərçivəsində Adriatik dənizindədir.
Təlimlərdə müttəfiq və tərəfdaş ölkələrə Albaniya, Kanada, Xorvatiya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Şimali Makedoniya, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, İsveç, Türkiyə, Böyük Britaniya və ABŞ daxildir.
ABŞ Altıncı Donanmasının və NATO-nun dəstək qüvvələrinin komandanı vitse-admiral Tomas İşi bildirib ki, “Neptun Strike 2022" Alyansın bütün fəaliyyət sahələrində gücünün və imkanlarının bariz nümayişidir.
“Neptune Strike 2022" NATO-nun kollektiv çəkindirmə və müdafiə qabiliyyətimizi təmin edərək, müttəfiq təyyarədaşıyan zərbə qrupunun yüksək texnologiyalı dəniz döyüş qabiliyyətlərini inteqrasiya etmək bacarığının əsas nümunəsidir”, - o qeyd edib.
Təlimlərdə Finlandiya və İsveç də daxil olmaqla NATO üzvü və tərəfdaşından 80-dən çox təyyarə, 14 gəmi və təxminən 6000 hərbçi daxildir.
Təlimlər çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin F-18 qırıcıları son günlər Fransa, Latviya və Macarıstan aviasiyası ilə birlikdə təyyarədaşıyan gəmidən Litvaya uçub. Bundan əvvəl eyni qırıcıların Rumıniya üzərində patrul xidməti aparan kanadalı döyüşçülərə qoşulduğu bildirilir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Avropa və Afrikadakı sözçüsü kapitan Tamara Lourens "Newsweek"ə təyyarədaşıyan gəminin "Neptun Strike" proqramında iştirak etdiyini təsdiqləyib.
Admiral Denis Velez deyib: “Biz Ukraynadakı müharibənin bitməsini, regionda sabitliyin bərpa olunmasını, sülh və sabit Avropanın olmasını istəyirik. Bunu üçün hər şeyə hazırıq”.
Onun sözlərinə görə, o, NATO-nun təlimlərini izləyən iki Rusiya hərbi gəmisini görüb, hər iki qurum beynəlxalq hüquqa uyğun və beynəlxalq sularda hərəkət edir.
NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı güclü təyyarədaşıyan gəmini ziyarət edərək, bunu ABŞ-ın hərbi qabiliyyətinin və alyansa sadiqliyinin nümayişi adlandırıb.

Soltonberq bildirib: "Bu təlimlər transatlantik əlaqənin, Avropa və Şimali Amerikanın NATO çərçivəsində birgə işinin mükəmməl nümunəsidir. Bu, bizim müttəfiqlərimizi sürətlə gücləndirmək və gücümüzü alyans daxilində yaymaq qabiliyyətimizi nümayiş etdirir. NATO müdafiə ittifaqıdır. Bizim çəkindirmə qabiliyyətimiz münaqişənin qarşısını alır və sülhü qoruyur. Gücümüz aydın mesaj verməklə hər hansı səhv hesablamanın qarşısını almağa kömək edir: NATO müttəfiq ərazisinin hər qarışını müdafiə edəcək”.
O, həmçinin Rusiyaya xəbərdarlıq edib ki, vəziyyəti daha da gərginləşmək üçün yalan bəhanələrdən istifadə etməsin.
Amerika Alimləri Federasiyasının Nüvə İnformasiyası Layihəsinin direktoru Hans Kristensen xəbərdarlıq edib ki, Rusiya NATO-nun “Steadfast Noon” nüvə təlimi ilə eyni vaxtda nüvə silahını sınaqdan keçirə bilər.
скачать dle 12.1