Bia.Az

“Hraparak”: “Paşinyan Soçidə heç bir anlaşma imzalamayacağını deyib”

Dünya
 27-10-2022, 13:16     177

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli görüşdə hətta ölkədə hakimiyyət dəyişikliyi təhlükəsi olsa belə, “sülh müqaviləsi”nin Rusiya variantını imzalamayacağını bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Paşinyan onu da deyib ki, xalq hakimiyyətin tərəfindədir və o, Rusiyanın təhdidlərindən qorxmur.

O həmçinin bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev də Qərb variantının əleyhinə olduğu üçün saziş yaxın vaxtlarda imzalanmayacaq. Azərbaycan gərginliyi saxlamaqla dəhliz məsələsində istədiyinə nail ola biləcəyinə ümid edir”, - deyə qəzet qeyd edir.
скачать dle 12.1