Bia.Az

SON DƏQİQƏ! Putinin xaç qızı ölkədən qaçdı - ŞOK İDDİA

Dünya
 27-10-2022, 12:10     184

Rusiya cəmiyyətinin “qlamur” üzvü kimi qələmə verilən, tanınmış jurnalist Kseniya Sobçak Rusiyadan qaçıb.

Bu barədə Musavat.com TASS-a istinadən xəbər verir.

40 yaşlı Sobçak Putinin son dərəcə yaxın ailə dostudur. Putin şəxsən Kseniyanın vəftiz (xristianlıqda xaç suyuna salınma) mərasimində iştirak edib və onun Rusiya liderinin xaç qızı olduğu deyilir.
3 milyondan çox izləyicisi olan YouTube və Telegram kanallarına sahib jurnalist Rusiya-Ukrayna müharibəsinə açıq şəkildə qarşı çıxmasa da, bu barədə "danışa bilməyəcəyini" də bildirib.
Bu, Kseniya Sobçakın müharibə əleyhinə mövqe tutmasının əlaməti kimi qəbul edilib.
WhatsApp Image 2022-10-27 at 11.54.54.jpeg (80 KB)
Adı açıqlanmayan məmur "TASS" xəbər agentliyinə bildirib ki, Kseniya Sobçak Dubaya onlayn bilet aldıqdan sonra gecə ilə Moskvanı tərk edib.
Lakin başqa bir iddiaya görə, Sobçakın aldığı Dubay bileti onun arxasınca gedən agentləri aldatmaq üçün olub.
Rusiyanın bir sıra dövlət media qurumlarının adı açıqlanmayan rəsmilərə istinadən verdiyi məlumata görə, agentlər də onu həbs etmək üçün aeroportun VİP terminalına göndərilib.
Britaniya mətbuatında əks olunan iddialara görə isə, agentlər onu həbs etmək üçün hərəkətə keçəndə Sobçak artıq ölkədən qaçmağı bacarıb. Daha sonra polis onun yaşadığı lüks malikanəyə basqın edib və evində axtarış aparıb.
WhatsApp Image 2022-10-27 at 11.54.54 (1).jpeg (130 KB)
Kseniya Sobçakın hansı şərhinin Kremli qəzəbləndirdiyi tam aydın deyil. Çünki o, üç milyondan çox izləyicisi olan YouTube və Telegram kanallarında ictimaiyyət qarşısında açıq çıxış etməkdən çəkinib.
Kseniya Sobçaka məxsus şirkətin kommersiya direktoru Kirill Suxanovun bir gün əvvəl saxlanması şübhələri gücləndirən hal kimi qiymətləndirilib.
Sobçak hələlik evinə edilən polis basqınını şərh etməyib, lakin 2 gün əvvəl Kirill Suxanovun həbsini pisləyib və bunun onun işi ilə bağlı olduğunu iddia edib: “Mən bunu jurnalistlərə təzyiqin növbəti nümunəsi kimi görürəm. Bizi günahlandırmalı deyillər. Jurnalistləri saxlamağa davam edirlər. İndi Kirili tutublar və ona qarşı ittiham irəli sürüblər”.скачать dle 12.1