Bia.Az

Vətən Savaşının tankçısı ÇƏTİN DURUMA DÜŞÜB... - “Hər iki övladım xəstədir, borc içində itib batıram”

Fakt
 27-10-2022, 10:50     216

“Hər kəs məni tankçı, 1-ci Qarabağ müharibəsinin şəhidi Albert Aqarunovun davamçısı kimi tanıyır. Heç vaxt istəməzdim ki, problemlərimlə xalqımızı, oxucuları narahat edim, amma məcburiyyət qarşısında qalaraq vəziyyətimi sizlərə bildirmək istəyirəm. İstəmirəm kimsə fikirləşsin ki, mən qaziliyimdən, vəzifəmdən istifadə edirəm. Əsla! Çox sıxıntı içərisindəyəm. İki xəstə övladım var, hər ay onları müalicə edirəm. Müalicə və dolanışıqla bağlı götürdüyüm borclar var, heç birini çatdırıb ödəyə bilmirəm. Həqiqətən də vəziyyətim ürək açan deyil”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında 2-ci Qarabağ müharibəsinin iştirakçısı Turab Quliyev deyib. O, saytımız vasitəsilə üzünü aidiyyatı qurumlara tutaraq, dəstək istəyib.

“Aidiyyatı qurumlardan, imkanlı şəxslərdən xahiş edirəm ki, bu vəziyyətimdə mənə kömək etsinlər. Mən onlardan borc istəyirəm, vallah işləyib, ödəyərəm. Hər ay maaşımdan müəyyən qədər o borcu ödəyə də bilərəm. Yetər ki, sıxıntılarım azalsın. Öz dərdim yadımdan çıxıb, inanın ki, müalicələrimə heç vaxt ayırmıram. Problem içində itib-batıram, psixoloji vəziyyətim korlanıb” deyə vətən müharibəsi iştirakçısı bildirib.

Turab Quliyev bildirib ki, ağır döyüşlərdən sağ çıxıb.

“Düşmən çox yanıltmac yollar qazmışdı. Düşmənin yanıltmac vallarında yolu azdıq, yol tapıb çıxa bilmədik. Nə irəli gedə bilmədik, nə də ki, geri. 7 gün ərzində düşmən mühasirəsində qaldıq. Nə yeməyə çörək tapdıq, nə də içməyə su. Döyüş yoldaşlarımızın çoxu elə bilirdi ki, şəhid olmuşuq. 7 gündən sonra hava yolu ilə qırıcılarımız bizə dəstək göstərərək mühasirədən çıxardılar. Bir tankçının ən böyük qorxusu öldürmədən ölməkdir. 7 gün mühasirədə qalmaq mənə həyatın hər üzünü göstərdi. Düşmənlər bizi görəndə texnikalarını qoyub qaçırdılar. Öz tankları ilə özlərinə qarşı döyüşürdük” deyə o bildirib.

Vətən Savaşının tankçısı ÇƏTİN DURUMA DÜŞÜB...
Vətən Savaşının tankçısı ÇƏTİN DURUMA DÜŞÜB...


скачать dle 12.1