Bia.Az

Paşinyandan üçtərəfli görüşlə bağlı açıqlama - "İlin sonuna qədər..." (Yenilənib)

Siyasət
 26-10-2022, 21:12     184

“İlin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyirik”. 

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

O, parlamentdə çıxışı zamanı bildirib ki, hökumət bunun üçün lazım olan hər şeyi edir.

“Biz çalışacağıq ki, bunu sərhədlərin delimitasiyası tamamlanana qədər başa çatdıraq”, - deyə o əlavə edib.

***
Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə oktyabrın 31-də keçirilməsi planlaşdırılan üçtərəfli görüşə gedəcəyini təsdiqləyib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə "hökumət saatı”nda çıxışı zamanı deyib.
“Rusiya Prezidenti Soçidə üçtərəfli görüş keçirməyi təklif etdi. Mən öz iştirakımı təsdiqlədim”, - Paşinyan parlamentdə bildirib.
O, ötən dövr ərzində yığılan bir çox məsələlərin həll edilməli olduğunu qeyd edib.
Xatırladaq ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılır.скачать dle 12.1