Bia.Az

Ukrayna hərbçiləri rusiyalı əsgərlərə təcili videomüraciət ünvanladılar - VİDEO

Dünya
 25-10-2022, 01:52     166

Ukrayna hərbçiləri müharibədə “qırğına atılan” rusiyalı əsgərlərə təcili videomüraciət ünvanlayıblar.

Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat verib.

“Siz yad ölkənin ərazisindəsiniz və Rusiya rəhbərliyinin hərbi cinayətlərində iştirak edirsiniz. Hər gün sizi qırğına atırlar. Komandanlığınız üçün siz boşuna sərf olunan materialsınız. İtkiləri heç kim saymır”, - deyə müraciətdə qeyd edilir.

Həmçinin rusiyalı əsgərlərə məsləhət görülür ki, nə üçün döyüşdükləri barədə düşünsünlər.

“Liderlərinizin hakimiyyəti itirmək qorxusuna görəmi? Sizdən və ailələrinizdən oğurlanan pullar üzərində qurduqları həyat tərzinə görəmi? Onların axmaqlıqlarına və bacarıqsızlığına görəmi?” – deyə sual verilir.

Müraciətdə eyni zamanda bildirilir ki, Ukrayna heç vaxt Rusiyanı təhdid etməyib.

“Bu gün siz NATO-ya qarşı mübarizə aparmırsınız, Kreml təbliğatçıları nə qədər bu barədə danışsalar da, belə deyil. Siz Ukraynaya qarşı, Ukrayna xalqına qarşı vuruşursunuz. Ukrayna Silahlı Qüvvələri isə öz xalqını, öz ölkəsini sizin təcavüzünüzdən qoruyur. Biz öz evlərimizi və ailələrimizi sona qədər müdafiə etməyə hazırıq. Siz də öz ailələriniz barədə düşünün”, - deyə Ukrayna Silahlı Qüvvələri çağırış edib.//Oxu.az 

скачать dle 12.1