Bia.Az

RUS HƏRBÇİLƏR PUTİNƏ QARŞI ÜSYANA QALXDI... - “Sən artıq bizim gözümüzdə güclü deyilsən” + VİDEO

Dünya
 25-10-2022, 01:11     176

Rusiyada elan olunan səfərbərlik fonunda Ukrayna müharibəsinə göndərilən çağırışçılar Vladimir Putinə qarşı qiyam qaldırıblar.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.

Hərbi düşərgədən paylaşılan kadrlarda, Tıvadan olan çağırışçılardan biri irəli çıxaraq, Putini və onun komandirlərini devirməyi təklif edib.

O, Rusiya hökumətinin öz bölgəsindən səfərbərliyə yollananların ailəlirinə “qoyun” hədiyyə etməsini tənqid edib: “Ailələrimizə, uşaqlarımıza, bir ədəd qoyun və bir az da ərzaq verirlər. Bu nədir? Buna görə Putin ağır cəza ilə üzləşə bilər”.

O, daha sonra hərbi xidmətə çağırılarkən, yüksək rütbəli zabitlərin onu hədələyini dedi: “Onlar bizə dedilər ki, ora (Ukraynaya) getməsək, bizi həbs edəcəklər. Ailələrimizə kömək etməyəcəklərini, bütün ödənişləri dayandıracaqlarını dedilər”.

Daha sonra Tıvalı gənc rus ordusundakı təchizat çatışmazlığından şikayətlənib: “Bizə verilən bu corabların heç bir faydası yoxdur. Biz geyim vasitələrini öz hesabımıza almışıq. Bu lazımı vasitələrin əvəzində bizə gitara verirlər. Biz döyüş meydanında gitara çalacayıq? Sən (Putin) artıq bizim gözümüzdə güclü deyilsən. Artıq biz hamımız bir yerə yığışıb qərar verməliyik. Sizin bizə heç bir faydanız yoxdur”.

Tıvalı gənc çıxışını bitirdikdən sonra döyüş yoldaşları onu alqışlamağa başlayıblar.скачать dle 12.1