Bia.Az

Bir fərmanla işdən çıxarıla bilən prezidentlər... - baş fərmandehin iradəsi

Siyasət
 24-10-2022, 09:52     192

İranla Azərbaycan arasındakı son gərginliklə bağlı rəy bildirənlərdən bəziləri tərəflər arasında bərabərlik işarəsi qoyur. Sanki bu gərginliyin iki səbəbindən biri də Azərbaycan tərəfindən İrana yönəlik hansısa aqressiv hərəkətlərdir və İran dövləti buna uyğun davranır.

Birinci cümlədə “son gərginlik” ifadəsinin yer alması təsadüfi deyil. Bundan əvvəl də dəfələrlə bu və ya digər dərəcədə gərginliklər olub, elə onda da İrana rəğbət bəsləyən şəxslər açıq şəkildə İranın tərəfini tutmasalar da (hərçənd belələri də olub), ən azı “tərəflərin ikisinin də düz eləmədiyini” bildirərək, İranın mürtəce hərəkətlərini yumşaq təqdim etməyə, “məcbur qalaraq belə etdiyi”ni irəli sürməyə çalışıblar.

Bu, yumşaq desək, riyakarlıqdır, Tehran rejiminin əl-üzünü yumaq cəhdidır. Son 30 ildə İran həmişə hücumçu, Azərbaycan müdafiəçi, İran tələbkar, Azərbaycan cavabdeh rolunda olub. Rəsmi Bakı hər zaman çalışıb ki, sağdan-soldan düşmən əhatəsində olduğumuz bir vaxtda təzədən İranı da özünə düşmən eləməsin. Buna görə də Xəzərdə İran hərbi gəmilərinin ərazi sularımıza daxil olması, İranın qırıcı təyyarələrinin ölkəmizin hava sərhədini pozması, İran sərhədindən maneəsiz olaraq ölkəmizin ərazisinə tonlarla narkotik maddələr keçirilməsi, Tehranın Bakıda, Gəncədə və başqa şəhərlərimizdə özünə geniş casuslar şəbəkəsi qurması üzündən yaranan problemləri dövlətimizin rəhbərliyi səs-küysüz, ajiotaj yaratmadan həll etməyə çalışıb.
Bəzi ilahiyyatçılar isə Azərbaycan-İran münasibətlərindən danışarkən İran dövlətinin rəhbərinin, ayətullah Əli Xamneyinin adını çəkmir, baş verənlərə görə məsuliyyəti İran prezidenti İbrahim Rəisinin üzərinə yönəldir. Elə çıxır ki, bütün bu məsəələrdə ağayi Xamneyinin heç bir rolu yoxdur və hər şey prezident Rəisinin iradəsinin məhsuludur.
Bu da riyakarlıqdır. Ölkədə əsas fərmandeh Rəisi deyil, əsl rəis və fərmandeh Xamneyidir. Yalnız o ola bilər ki, son vaxtlar ali dini rəhbər səhhəti ilə bağlı bir çox məsələlərə yaxından müdaxilə edə bilmir.
prezlər.JPG (67 KB)
İndiyə qədər, yəni son 43 ildə İranda 8 prezident olub – Əbülhəsən Bənisədr, Məhəmməd Rəcai, Əli Xamneyi, Əli Əkbər Haşimi-Rəfsəncani, Məhəmməd Hatəmi, Mahmud Əhmədinejad, Həsən Ruhani və İbrahim Rəisi.
Bu prezidentlər cəmi iki rəhbərin - Ruhulla Xomeyninin və Əli Xamneyinin əlinin altında işləyiblər. R.Xomeyni İrana 1979-cu ildən 1989-cu ilə qədər rəhbərlik edib. O vaxtdan bəri, tam 33 ildir ki, İranın ali dini rəhbəri Əli Xamneyidir.
Ali dini rəhbərin səlahiyyət müddəti hüdudsuzdur, yəni ömürlükdür. Onun səlahiyyət dairəsi də genişdir, mütləq hakimiyyətə malikdir. Hər yerdə hökm onun hökmü, fərman onun fərmanıdır. Ali dini rəhbər xalq tərəfindən seçilmiş prezidenti bir fərmanı ilə vəzifəsindən kənarlaşdıra bilər.
Abū_l-Hasan_Banīsadr_IMG_2044_edit.jpg (42 KB)
                                       Ə.Bənisədr
Vaxtilə Xomeyni İranın birinci prezidenti Əbülhəsən Bənisədrə qarşı elə bir hərəkət edib. Bu hadisə belə olub: parlamentin deputatlarından biri ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının Bənisədrlə gğrüşməsi və onu əməkdaşlığa cəlb etmək məqsədilə ABŞ səfirliyindən əldə etdiyi sənədi ictimailəşdirib. (Görünür, əməkdaşlıq baş tutmadığı üçün ABŞ tərəfi Bənisədrdən qisas alıb). Bənisədr görüş faktını təsdiq edib, amma amerikalılarla işbirliyinə qol qoymadığını bildirib. Ancaq bu izahat Xomeyninin qane etməyib və o, prezidenti işdən çıxarıb. Sonra parlament Bənisədri impiçment edib. Bir vaxtlar ali dini liderin dörd ən yaxın silahdaşından biri olan Bənisədr bir neçə həftə gizlənib, daha sonra İran HHQ-sinin polkovnikinin qaçırdığı “Boinq-707” təyyarəsi ilə Fransaya uçub.
67.jpg (54 KB)
                                        M.Rəcai
Ondan sonra o biri prezidentlər “gözü çıxmış qardaş”ın aqibətindən dərs götürüblər və heç biri nə amerikalılarla, nə ingilislərlə, nə də ruslarla gizli görüşlər keçirməyiblər. İkinci prezident Məhəmməd Rəcainin aqibəti isə daha pis olub: 1981-ci ilin iyulunda 80 faiz səs alaraq prezident seçilən Rəcai andiçmə mərasimindən iki həftə sonra bir toplantı zamanı təşkil edilən partlayış zamanı yeni baş nazir Məhəmməd Bahonarla birlikdə həlak olub.
1981-ci ilin avqustunda İran prezidenti vəzifəsinə Əli Xamneyi seçilib. Onun hakimiyyət müddətini 1981-ci ildən hesablasaq artıq 41 ildir ki, o, İrana rəhbərlik edir. Ancaq Xamneyinin İrana real rəhbərliyi yalnız Xomeyninin vəfatından sonra hesablanır.
Başqa sözlə, prezident vəzifəsi İranda əsas vəzifə deyil, o, sadəcə, nazirlərin başçısıdır. Silahlı qüvvələr də ona tabe deyil. Hər şey ali dini rəhbərin səlahiyyəti və iradəsi çərçivəsindədir.
xamneyi iran 7242[1].jpg (33 KB)
Ona görə də heç kəs başqa hədəf göstərməsin. Son gərginlikdə heç Xamneyinin şəxsi iradəsini də əsas saymaq olmaz. Bu davranışın fətvası İranı idarə edən “dərin dövlət”in, höccət-ül-islam və ayətullahların birgə məşvərəti nəticəsində verilib.
Xalid KAZIMLI
Musavat.comскачать dle 12.1