bia.az

SON DƏQİQƏ

Bakıda 4 avtomobil toqquşdu - FOTO

10-09-2019, 00:42

Bakıda 4 avtomobil toqquşdu - FOTO

Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində, 20 Yanvar dairəsi istiqamətində baş verib. Yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə o, qarşıda hərəkətdə olan və Anar İbrahimlinin idarə etdiyi digər "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Bu zaman A.İbrahimlinin idarə etdiyi nəqliyyat vasitəsi əvvəlcə "Volkswagen Polo", daha sonra "Volkswagen Passat" markalı minik avtomobillərinə çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb, avtomobillər deformasiyaya uğrayıb.

İlkin məlumata görə, hadisə "Mercedes" markalı minik avtomobilinin yüksək sürətlə hərəkətdə olması səbəbindən baş verib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
DÜNYA